23.02.2018

    "ANIM MƏRASİMİ"

      Fevralın 23-də Zəngilan rayon İcra Hakimiyyətində Təhsil Şöbəsinin təşkil etdiyi Xocalı Soyqırımının anım mərasimi qeyd edilib. Mərasimdə rayonun İcra başçısı cənab Ramiz Həsənovla yanaşı, rayonun digər idarə müəssisə rəhbərləri iştirak etdi.Mərasim Şəhidləri bir dəqiqəlik sükutla yad edilməklə başladı.

     Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov bu Soyqırımın Ulu Öndər Heydər Əliyev tərəfindən dünyaya bəyan edilməklə Siyasi qiymət verilməsini vurğuladı. Hətta cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş olan misli görülməmiş Soyqırımın dünya ictimaiyyəti arasında tanıdılmasından danışdı. Rəsmi hissə bitdikdən sonra mərasim rayonun 4 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladıqları bədii kompazisiya ilə davam etdi.  Ən sonda rayon İctimaiyyəti məktəblilərin əl işlərindən ibarət  Xocalıya həsr olunmuş rəsm sərgisinə baxış keçirdi.