06.03.2018

    Görüş keçirildi

    Zəngilan rayon Təhsil Şöbəsində Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirildi.Görüşdə iştirak edən Qazilərimiz döyüş və mübarizə səhnələrini ürək ağrısı ilə xatırladılar.Təhsil Şöbəsinin müdiri Ənvər Məmmədov çıxışı zamanı şəhid döyüş yoldaşlarının ruhu qarşısında baş əydiyini və  cənab Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq hissini bildirdi.RTŞ-nin müdiri bu cür görüşlərin daim məktəblərdə də keçirilməsi , şagirdlərin vətənə sevgisinin  artırılması üçün tapşırıqlarını verdi.


Açar sözlər: ,