17.06.2021

“Məktəblinin dostu” layihəsi çərçivəsində "Dostluq görüşü" baş tutub

“Məktəblinin dostu” layihəsi çərçivəsində davam edən "Dostluq görüşü" layihəsinin növbəti görüşü Bakı şəhəri 14 nömrəli və Zəngilan rayon 33 nömrəli tam orta məktəbləri arasında keçirilib.

Tədbir “Məktəblinin dostu” layihəsi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə Zəngilan Rayon Təhsil Şöbəsinin kollektivi, Bakı şəhəri 14 nömrəli və Zəngilan rayon 33 nömrəli tam orta məktəblərin müəllim-şagird heyəti, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Əkbər Abbasov iştirak edib. Məktəblilərə “Ağıllı kənd” layihəsi haqqında geniş məlumat verilib. Eyni zamanda bu layihənin tətbiqinin işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafı və quruculuq işlərinin aparılası istiqamətində müsbət faydalarından danışılıb. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar Əkbər Abbasov tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,  ,