22.06.2021

Məktəblilər Azərbaycan Milli Xalça Muzeyində

İyunun 21-də Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli ümumi orta məktəbin şagirdləri “Yay məktəb”i çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya  ediblər.

Məktəbin direktoru Vüsalə Əliyeva və tarix müəllimi Şahnaz Bağırovanın da iştirak etdiyi ekskursiyada muzeyin əməkdaşı İlahə Məmmədova muzeydəki eksponatlarla yanaşı, Azərbaycanın xalçaçılıq tarixi haqqında uşaqlara geniş məlumat verərək onların suallarını cavablandırıb.


Açar sözlər: ,  ,