22.06.2021

Onlayn bilik müsabiqəsində məktəblilərimiz ikinci yerə layiq görülüb

13 iyun 2021-ci il tarixində 10 Qarabağ zonasının Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn bilik müsabiqəsində Zəngilan rayonunun “Çinar” komandası ikinci yerə layiq görülüb.

Müsabiqədə Çinar komandası üzrə Zəngilan rayon ümumtəhsil məktəblərinin şagirdləri mübarizə aparıb. Nəticə də birinci yerə Xocavənd rayonunun “Oblivion” komandası, ikinci yerə Zəngilan rayonunun “Çinar” komandası, üçüncü yerə isə Cəbrayıl rayonunun “Xudafərin” komandası layiq görülüb.

İyunun 22-də isə Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Kənan İmaməliyev qalib olan məktəbin şagirdlərini diplomlarla təltif edib.

Zəngilan RTŞ-nin kollektivi qaliblərimizi təbrik edir və onlara gələcək nailiyyətlərində uğurlar arzu edir.


Açar sözlər: ,  ,