29.07.2021

Şəhid ailəsi ziyarət olunub

İyulun 28-də Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Kənan İmaməliyev, şöbənin məsləhətçisi Rüstəm Aslanov və Zəngilan rayon 3 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən Şirvan şəhərində yaşayan, Vətən müharibəsində şəhid olmuş Fariz Səfərovun ailəsi ziyarət olunub.

Görüş zamanı şəhidin ailəsi və o cümlədən, hal-hazırda 3 nömrəli tam orta məktəbdə təhsil alan övladlarının vəziyyəti ilə yaxından maraqlanılıb və eyni zamanda lazımi dəstəyin hər zaman göstəriləcəyi qeyd olunub.

Qeyd edək ki, şəhid Fariz Səfərov 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edərək 2 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.


Açar sözlər: ,  ,