13.09.2021

956 nəfər təhsil işçisi peyvənd olunub

Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan 1105 nəfər təhsil işçisindən 956 nəfəri “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesinə qoşulublar.

Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Qeyd edək ki, ümumilikdə 956 nəfər olmaqla 87% təhsil işçisi vaksinasiyadan uğurla keçib.

Zəngilan RTŞ-nin rəhbərliyi və kollektivi vaksinasiya prosesində iştirak edən bütün təhsil işçilərinə öz təşəkkürünü bildirir və yeni ənənəvi tədris ilində hər birinə uğurlar arzu edir.