16.09.2021

600 baldan yuxarı nəticə əldə etmiş məktəb məzunları ilə görüş

Sentyabrın 16-da Zəngilan rayon ümumi təhsil müəssisələrini bitirərək ali təhsil müəssisələrinə qəbul zamanı 600 baldan yuxarı nəticə əldə etmiş məktəb məzunları ilə görüş keçirilib.

Zəngilan rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Zəngilan RİH-nin başçısı Ramiz Həsənov, icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Nizami Mövsümov, rayon təhsil şöbəsinin müdiri Kənan İmaməliyev, ümumi təhsil müəssisələrinin rəhbərləri, 600 baldan yuxarı nəticə əldə etmiş məzunlar və eləcə də digər qonaqlar iştirak edib.

Əvvəlcə görüşdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş nitqi ilə açan Zəngilan RİH-nin başçısı Ramiz Həsənov 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən, ölkə başçısı, cənab Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyəsətdən danışıb və yüksək nəticə göstərən məzunlarımızın Azərbaycanın inkişafına, tərəqqisinə layiqli tövhə verə biləcəklərini vurğulayıb.

Daha sonra rayon təhsil şöbəsinin müdiri Kənan İmaməliyev çıxış edərək 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin yekunlarına dair qısa icmalı görüş iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, koronavirus pandemiyasının təhsildə yaratdığı müəyyən çətinliklərə baxmayaraq bu il ali təhsil müəssisələrinə sənəd verən məzunlardan 13 nəfərinin 600 baldan yuxarı nəticə göstərdiyini qeyd edib.

Daha sonra  görüşdə həmin məzunların məktəb rəhbərləri, bir neçə məzun və valideyn çıxış edərək təhsilimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla hər bir kəsə öz dərin təşəkkürlərini bildiriblər.

Sonda yüksək bal toplayan məzunlarla xatirə şəkli çəkilib.


Açar sözlər: ,  ,