17.09.2021

Şəhid  və qazi ailələri ziyarət olunub

Sentyabrın 17-də Zəngilan RİH-nin başçısı cənab Ramiz Həsənovun göstərişinə əsasən Şirvan şəhərində və Sabirabad rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan şəhid və qazi ailələri ziyarət olunub.

Görüşdə Zəngilan RİH başçısının müavini, YAP Zəngilan rayon təşkilatının sədri Nizami Mövsümov, Zəngilan RTŞ-nin müdiri Kənan İmaməliyev, Zəngilan RGİİ-nin müdiri Natiq Quluzadə və icra hakimiyyətinin bir sıra məsul əməkdaşları iştirak edib.

Görüş zamanı Şirvan şəhərində və Sabirabad rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan,  44 günlük Vətən müharibəsində şəhid olmuş Fariz Səfərov və Xəqan Məmmədovun ailələri, həmçinin, İkinci Qarabağ müharibəsi qazisi Namiq Qasımzadənin ailəsi ziyarət olunub.

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və qazilərimizin doğmalarına, ailə üzvlərinə diqqət və qayğının daima dövlətin diqqətində olduğu və eyni zamanda lazımi dəstəyin hər zaman göstəriləcəyi vurğulanıb.

Daha sonra Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub və Vətən uğrunda canlarından keçən şəhidlərin məzarlarına gül dəstələri qoyulub.


Açar sözlər: