20.09.2021

Yeni tədris ilində 377 nəfər şagird I sinfə gedəcək

2021-2022-ci tədris ilində Zəngilan rayon ümumi təhsil müəssisələrində ümumilikdə 5603 nəfər şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 377 nəfər, IX sinfində 527 nəfər, XI sinfində isə 415 nəfər şagird təhsil alacaq.

Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 221 nəfər şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, hazırda  Zəngilan RTŞ-nin tabeliyində 30 tam orta məktəb, 2 ümumi orta məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.