06.10.2021

Gənc müəllimlər and içib

Oktyabrın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən Zəngilan rayon 20 nömrəli tam orta məktəbə müvafiq ixtisaslar üzrə işə qəbul olunmuş gənc müəllimlər təntənəli surətdə and içiblər.

Azərbaycan Respublikasının Dövlət bayrağı altında təntənəli surətdə and içən gənc müəllimlər bu şərəfli adı daima uca tutacaqlarına söz veriblər.

Qeyd edək ki, “Müəllim andı” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli “Müəllimlərin etik davranış qaydaları” haqqında əmri ilə təsdiq edilib.


Açar sözlər: ,  ,