09.10.2021

“Zəfər yolu” inşa müsabiqəsinin rayon mərhələsi keçirilib

Oktyabrın 9-da Zəngilan rayon 4 nömrəli tam orta məktəbin inzibati binasında “Zəfər yolu” inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqə Azərbaycan Respublikası təhsil naziri cənab Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi haqqında” 24 sentyabr 2021-ci il tarixli F–455 nömrəli əmri və əmrin icrasını təmin etmək məqsədilə Zəngilan RTŞ-nin 30 sentyabr 2021-ci il tarixli F-22 nömrəli əmri ilə Zəngilan rayon ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, müsabiqənin rayon mərhələsində ümumi təhsil müəssisələri üzrə 21 nəfər şagird iştrirak edib.