12.10.2021

İngilis dili müəllimləri üçün təlim keçirilib

Oktyabrın 9 və 10-da Zəngilan rayon 4 nömrəli tam orta məktəbin inzibati binasında Amerika səfirliyinin təşkilatçığı və Təhsil Nazirliyinin dəstəyi ilə Zəngilan, Şuşa, Laçın, Qubadlı və Ağdam rayon ümumi təhsil müəssisələrində çalışan bir sıra ingilis dili müəllimləri üçün təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd xarici dil üzrə müəllimlərin bilik və bacarıqlarını təkmilləşdirilmək və onların peşəkar inkişaflarını formalaşdırmaqdan ibarətdir.

2 gün davam edən təlimin sonunda müəllimlərə sertifikatlar təqdim olunub.


Açar sözlər: ,  ,