12.10.2021

Düşmənə dərs keçən müəllim

Məmmədov Zamir Ənvər oğlu - Zəngilan rayon 36 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır.

44 günlük Vətən müharibəsində iştirak edərək qələmini silaha dəyişən Zamir müəllim uğurlu döyüş yolu keçərək Cəbrayılın, Füzulinin, Zəngilanın və Xocavəndin işğaldan azad olunmasında iştirak edib və cənab Prezident İlham Əliyevin müvafiq Sərancamı ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hal-hazırda da 36 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirərək Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edir.


Açar sözlər: ,