15.10.2021

“Zəfərdən yaşıl düşüncəyə” ağacəkmə aksiyasına start verilir

Ümumtəhsil məktəblərində sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyasına start verilir. 

Aksiya Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilir. 

8 noyabr – Zəfər Gününə həsr olunan aksiya çərçivəsində ümumi təhsil müəssisələrində ağac əkilməsi nəzərdə tutulur.