Nizami Gəncəvinin 880 illik yubliyinə həsr olunmuş “ Ən yaxşı onlayn şeir ” müsabiqəsinin keçirilməsi barədə Zəngilan Rayon Təhsil Şöbəsi müdirinin əmri

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.03.2021-ci il tarixli F-74 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Rayon(şəhər) təhsil şöbəsi(idarəsi) haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq

 

                                                                     Əmr edirəm:

 

1. Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə Zəngilan Rayon Təhsil Şöbəsinin “ Tədbirlər Planı ”na nəzərən “ Ən yaxşı onlayn şeir müsabiqəsi ” keçirilsin.

2. “ Ən yaxşı onlayn şeir müsabiqəsi ”nin Əsasnaməsi (əlavə 1) və “ Ən yaxşı onlayn şeir müsabiqəsi ”nin Təşkilat Komitəsinin  tərkibi (əlavə 2)  təsdiq edilsin.

3. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs (Rüstəm Aslanov) müsabiqənin keçirilməsi ilə bağlı əmri Zəngilan RTŞ-nin tabeliyində fəaliyyət göstərən  ümumi təhsil müəssisələrinə göndərilməsini və KİV-lərdə işıqlandırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət Zəngilan RTŞ-nin Metodkabinetinin müdiri Əmrah Əliyeva həvalə olunsun.

 

                Kənan İmaməliyev,

            Zəngilan rayon Təhsil Şöbəsinin müdiri

            27 aprel 2021-ci il tarixli

            № F-10

Əlavə 1