“Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi barədə” Zəngilan Rayon Təhsil Şöbəsi müdirinin əmri

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi məqsədilə “Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) haqqında Əsasnamə” nin 12.2-ci bəndinin rəhbər tutaraq

 

Əmr edirəm:

1. “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Zəngilan rayon Təhsil Şöbəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Məktəbdənkənar və ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 10 dekabr 2021-ci il tarixinədək Zəngilan rayon Təhsil Şöbəsinə hesabat versinlər.

3.Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət Zəngilan RTŞ-nin məsləhətçisi Gülnarə İsmayılovaya tapşırılsın.

4. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs (Rüstəm Aslanov) Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlərin KİV-lərdə işıqlandırılmasının təmin etsin.

5. Zəngilan Rayon Təhsil Şöbəsinin məsləhətçisi Leyla Abbaszadə əmrin Zəngilan RTŞ-nin tabeliyində olan təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət Zəngilan RTŞ-nin Metodkabinetin müdiri Əmrah Əliyevə həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasının təmin olunması barədə Azərbaycan Respublikası Elmlər Akamediyasının Rəyasət Heyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının birgə qərarı

 

Kənan İmaməliyev,

Zəngilan rayon Təhsil Şöbəsinin müdiri

27 aprel 2021-ci il tarixli

№ F-11