Əmrin icrasının təmin edilməsi barədə Zəngilan Rayon Təhsil Şöbəsinin əmri

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 17.04.2021-ci il tarixli, 2583 nömrəli Sərəncamının icrasından irəli gələn Azərbaycan Respublikası təhsil nazirinin 03.05.2021-ci il tarixli, F-203 nömrəli əmrinin aidiyyəti bəndinin icrasını təmin etmək məqsədilə məqsədilə "Rayon(şəhər) təhsil şöbəsi(idarəsi) haqqında Əsasnamə”nin 2.12-ci bəndini rəhbər tutaraq

                                                                                             

                                                  Əmr edirəm:

 

1." Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" Zəngilan Rayon Təhsil Şöbəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2.Ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 10 dekabr 2021-ci il tarixinədək Zəngilan Rayon Təhsil Şöbəsinə hesabat təqdim etsinlər.

3.Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət Zəngilan RTŞ-nin məsləhətçisi Gülnarə İsmayılovaya tapşırılsın.

4.İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs (Rüstəm Aslanov) Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilmiş tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5.Zəngilan Rayon Təhsil Şöbəsinin məsləhətçisi Leyla Abbaszadə əmrin Zəngilan RTŞ-nin tabeliyində olan təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

6.Əmrin icrasına nəzarət Zəngilan RTŞ-nin Metodkabinetinin müdiri Əmrah Əliyevə həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında  03 may 2021-ci il tarixli F-203 nömrəli əmri.

 

Kənan İmaməliyev

Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri

26 may 2021-ci il

№ F-15

Tədbirlər Planı