Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2020-2021-ci tədris ili üzrə həyata keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının nəticələrinin elan edilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2020-2021-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (nəticələrin siyahısı əlavə olunur).

2. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin çoxaldılıb aidiyyəti struktur qurum və bölmələrə, yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.

3. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin “Azərbaycan müəllimi” qəzetində və Təhsil Nazirliyinin internet səhifəsində dərc edilməsini təmin etsin.  

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
30 iyun 2021-ci il
F-305

 

 


 

2020-2021-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinin adlı siyahısı