“Aşıq  Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək barədə Zəngilan Rayon Təhsil Şöbəsi müdirinin əmri

Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi məqsədilə “Rayon(şəhər) təhsil şöbəsi(idarəsi) haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq

 

                                                                                             Əmr edirəm:

1. “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Zəngilan Rayon Təhsil Şöbəsinin Tədbirlər Planı“ təsdiq edilsin (əlavə olunur).

2. Məktəbdənkənar və ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 1 dekabr 2021-ci il tarixinədək Zəngilan Rayon Təhsil Şöbəsinə hesabat təqdim etsinlər.

3. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət Zəngilan RTŞ-nin məsləhətçisi Gülnarə İsmayılovaya tapşırılsın.

4. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs (Rüstəm Aslanov) Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5. Zəngilan Rayon Təhsil Şöbəsinin məsləhətçisi Leyla Abbaszadə əmrin Zəngilan RTŞ-nin tabeliyində olan təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət Zəngilan RTŞ-nin Metodkabinetinin metodisti İlhamə Həsənovaya həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı" barədə 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri

 

Kənan İmaməliyev,

Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri

10 sentyabr 2021-ci il

№ F-18

 

Tədbirlər Planı