Tədbirlər Planının icrası barədə Zəngilan Rayon Təhsil Şöbəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F- 429 nömrəli əmrinin irasını təmin etmək məqsədilə “Rayon(şəhər) təhsil şöbəsi(idarəsi) haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq

                                               

                                                                                  Əmr edirəm:

 

1. “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü ilə bağlı Zəngilan rayon Təhsil Şöbəsinin Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə hər il dekabr ayında  Zəngilan Rayon Təhsil Şöbəsinə məlumat versinlər.

3. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarəti Zəngilan RTŞ-nin məsləhətçisi Gülnarə İsmayılovaya tapşırılsın.

4. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs (Rüstəm Aslanov) 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5. Zəngilan Rayon Təhsil Şöbəsinin məsləhətçisi Leyla Abbaszadə əmrin Zəngilan RTŞ-nin tabeliyində olan təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət Zəngilan RTŞ-nin Metodkabinetinin metodisti İlhamə Həsənovaya həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F- 429 nömrəli əmri

 

Kənan İmaməliyev,

Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri

10 sentyabr 2021-ci il

№ F-19

Tədbirlər Planı