Nizami Gəncəvinin 880 illik yubliyinə həsr olunmuş “ Ən yaxşı onlayn şeir ” müsabiqəsinin keçirilməsi barədə Zəngilan rayon Təhsil Şöbəsi müdirinin əmri

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.03.2021-ci il tarixli F-74 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Rayon(şəhər) təhsil şöbəsi(idarəsi) haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq

 

əmr edirəm:

 

  1. Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə Zəngilan rayon Təhsil Şöbəsinin “ Tədbirlər Planı ”na nəzərən “ Ən yaxşı onlayn şeir müsabiqəsi ” keçirilsin
  2. “ Ən yaxşı onlayn şeir müsabiqəsi ”nin Əsasnaməsi (əlavə 1) və “ Ən yaxşı onlayn şeir müsabiqəsi ”nin Təşkilat Komitəsinin  tərkibi (əlavə 2)  təsdiq edilsin.
  3. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs (Rüstəm Aslanov) müsabiqənin keçirilməsi ilə bağlı əmri Zəngilan RTŞ-nin tabeliyində fəaliyyət göstərən  ümumi təhsil müəssisələrinə göndərilməsini və KİV-lərdə işıqlandırılmasını təmin etsin.
  4. Əmrin icrasına nəzarət Zəngilan RTŞ-nin Metodkabinetinin müdiri Əmrah Əliyeva həvalə olunsun.

 

Kənan İmaməliyev,

Zəngilan rayon Təhsil Şöbəsinin müdiri

27 aprel 2021-ci il

№ F-10