Açar söz: ümumi təhsil
Nəticə tapılıb: 165
29.11.2021

Təhsil işçilərinə təltiflər təqdim edilib

Noyabrın 29-da Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 6 nəfər təhsil işçisinə təltifləri təqdim olunub.

Ətraflı
01.11.2021

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

Yeni tədris ilində Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri və eyni zamanda müvafiq qabaqlayıcı tədbirlər davam etdirilir.

Ətraflı
26.10.2021

“Təhsil avtobusu – Qayıdış” layihəsinin bağlanış mərasimi keçirilib

Oktyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsinin bağlanış və dəstək olan qurumların mükafatlandırılması mərasimi baş tutub.

Ətraflı
15.10.2021

“Zəfərdən yaşıl düşüncəyə” ağacəkmə aksiyasına start verilir

Ümumtəhsil məktəblərində sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyasına start verilir. 

Ətraflı
12.10.2021

İngilis dili müəllimləri üçün təlim keçirilib

Oktyabrın 9 və 10-da Zəngilan rayon 4 nömrəli tam orta məktəbin inzibati binasında Amerika səfirliyinin təşkilatçığı və Təhsil Nazirliyinin dəstəyi ilə Zəngilan, Şuşa, Laçın, Qubadlı və Ağdam rayon ümumi təhsil müəssisələrində çalışan bir sıra ingilis dili müəllimləri üçün təlim keçirilib.

Ətraflı
08.10.2021

“Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsi başlayır

VI-IX siniflər arasında “Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsinə start verilir.

Ətraflı
08.10.2021

Qrant layihəsinin təqdimatı keçirilib

Oktyabrın 7-də Zəngilan rayon 26 nömrəli tam orta məktəbin akt zalında “Könlümü dindir”- bədii qiraət müsabiqəsi layihəsinin təqdimatı ilə bağlı tədbir keçirilib.

Ətraflı
06.10.2021

Gənc müəllimlər and içib

Oktyabrın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən Zəngilan rayon 20 nömrəli tam orta məktəbə müvafiq ixtisaslar üzrə işə qəbul olunmuş gənc müəllimlər təntənəli surətdə and içiblər.

Ətraflı
05.10.2021

"Zəfər ilinin müəllimi" layihəsinə start verilir

Təhsil Nazirliyi "Zəfər ilinin müəllimi" adlı layihəyə start verir. Layihə bu ilin sonunadək davam edəcək. 

Ətraflı
24.09.2021

Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

Təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.

Ətraflı
21.09.2021

Yeni tədris ilinin ilk dərsləri

2021-2022-ci tədris ilində ilk dərslərin həsr olunacağı mövzu müəyyənləşdirilib.

Ətraflı
16.09.2021

600 baldan yuxarı nəticə əldə etmiş məktəb məzunları ilə görüş

Sentyabrın 16-da Zəngilan rayon ümumi təhsil müəssisələrini bitirərək ali təhsil müəssisələrinə qəbul zamanı 600 baldan yuxarı nəticə əldə etmiş məktəb məzunları ilə görüş keçirilib.

Ətraflı
14.09.2021

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 14-də 2021-2022-ci tədris ili üzrə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, 5 rayon və 1 şəhərin - Qubadlı, Şuşa, Zəngilan, Xızı, Abşeron rayonlarının və  Sumqayıt şəhər təhsil şöbəsinin müdirləri, məsləhətçiləri və metodkabinetin müdirləri, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və müavini, eləcə də qeyd edilən şəhər və rayon məktəblərinin direktoru və müəllimləri iştirak edib.

Ətraflı
13.09.2021

956 nəfər təhsil işçisi peyvənd olunub

Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan 1105 nəfər təhsil işçisindən 956 nəfəri “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesinə qoşulublar.

Ətraflı
05.08.2021

Çalışmanın yaş həddinə çatan müəllimlərlə görüş

Avqustun 5-də Zəngilan Rayon Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Zəngilan rayon ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan bir qrup müəllimlərlə görüş keçirilib.

Ətraflı